Çin şirkəti Şanxayda çip istehsal edəcək zavod tikəcək

11:42 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. Çinin "Semiconductor Manufacturing International Corp" (SMIC) şirkəti Şanxaydakı azad ticarət bölgəsinə 8.87 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, Çinin bir nömrəli çip istehsalçısı olan sözügedən şirkət zavodun ayda 100 min çip istehsal etmək gücündə olacağını bildirib.

Şirkət rəhbərliyi zavoddakı istehsal, pandemiya dövründə çip tədarükündə çətinlik yaşayan avtomobil sektorunu hədəf alacağını açıqlayıb.

Şirkət Şanxayla yanaşı Shenzen şəhərində də 2.35 milyard dollara ayda 40 min çip istehsal edə biləcək zavod tikməyə hazırlaşır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər