COVİD pasportu tələb edilməsi otellərin işinə necə təsir edir?

12:00 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. Sentyabrın 1-dən hotel və restoranlara giriş üçün vətəndaşlardan COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə bu obyektlərə daxil ola biləcəklər.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bildirib ki, sözügedən tələblə bağlı polis tərəfindən bir sıra obyektlərdə yoxlamalar aparılıb: “Bəzi obyektlərdən belə məlumatlar alırıq ki, orada Daxili İşlər Nazirliyinin əməkdaşları yoxlamalar aparıb. Bəzi hallarda bir müddət obyektdə qalaraq orda nə baş verdiyinə nəzarət ediblər. Polis işçisinin obyektdə olması müştərinin müəyyən qədər həyəcan keçirməsinə gətirib çıxara bilər. Düşünürəm ki, bu yoxlamalar bizneslərə ziyan gətirməməlidir və məhdudiyyətlər barədə detallı açıqlamalar verəndən sonra yoxlamalara başlamaq lazımdır.

Ola bilər ki, bəzi hallarda hansısa obyektdə müəyyən qayda pozuntusu aşkarlansın. Bu zaman bəzi amilləri nəzərə alaraq həmin müəssisəyə güzəştə getmək olar. Həmin obyektə birinci dəfə cərimə tətbiq etməmək, yalnız xəbərdarlıq etmək və ya əlavə maarifləndirmə tədbirləri aparmaq mümkündür. Çünki bilirik ki, bu dəqiqə turizm sənayesinin vəziyyəti o qədər də yaxşı deyil”.

 

Bütün xəbərlər