330x110
 

Emin Əmrullayev sabah açıqlama verəcək - Məktəblər açılır?

06.09.2021,14:18


6 sentyabr, Fineko/abc.az. Yeni tədris ilinin başlanmasına bir həftə qalsa da, hələ də ictimaiyyətə qaydalarla bağlı heç bir açıqlama verilməyib.

İnsanlar isə Təhsil Nazirliyindən tədrisin nə vaxt başlayacağı barədə məlumat gözləyir.

ABC.AZ xəbər verir ki, qurumun Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkələrdə təhsil naziri Emin Əmrullayevin 7 sentyabr tarixində suallara cavab verəcəyini bildirib.