Azərbaycan İnvestisiya Holdinqi ICD ilə Anlaşma Memorandumu imzalayıb

14:28 - 6.09.2021


6 sentyabr, Fineko/abc.az. Azərbaycan İnvestisiya Holdinqi (AIH) və İslam İnkişaf Bankı Qrupunun (IsDBG) qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, bu barədə holdinq məlumat yayıb.

Məlumata görə, sənədi AİH-in baş direktoru Ruslan Əlixanov və ICD-nin baş direktoru Ayman Amin Secini imzalayıb.

Anlaşma Memorandumuna əsasən, tərəflər AIH-in idarəetməsində olan dövlət şirkətlərinə sukuk emissiyası üçün dəstək verilməsi üçün əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, sukuk istiqrazların islami ekvivalentidir.

 

Bütün xəbərlər