$100 milyon istiqrazlar bazar seqmentində listinqə daxil edilib

17:31 - 6.09.2021


6 sentyabr, Fineko/abc.az. 6 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dəyəri 100 000 000 (yüz milyon) ABŞ dolları olan istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib.

Birjadan ABC.Az-a verilən məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

Abunə yazılışı 20 sentyabr tarixindən başlayacaq və oktyabrın 29-dək davam edəcək.

Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq.

 

Bütün xəbərlər