Nazirlik 20 dövlət əmlakını özəlləşdirməyə çıxarır - Hərrac keçiriləcək

16:14 - 7.09.2021


7 sentyabr, Fineko/abc.az. Oktyabrın 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 20 dövlət əmlakını hərraca çıxaracaq.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, bunlardan 18-si kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikilidir.

Kiçik dövlət müəssisə və obyektlərinə investorlar üçün maraqlı ola biləcək mağaza, yardımçı təsərrüfat, emalatxana binası, maye qaz satışı sahəsi kimi dövlət əmlakı aiddir.

Əksər müəssisələr torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılacaq.

Yarımçıq tikililər Xaçmaz və Şamaxı rayonlarında yerləşir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3DTbi16)

 

Bütün xəbərlər