Gürcüstana bir ayda bu qədər ziyarətçi gəlib

10:26 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. 2021-ci ilin avqust ayında Gürcüstana 266 544 nəfər səfər edib.

ABC.AZ xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 510,5% çoxdur.

Sözügedən dövrdə Gürcüstana Rusiyadan- 39 909 ziyarətçi, Türkiyədən- 34 847 ziyarətçi, Ukrayna - 29 372 ziyarətçi, Ermənistandan - 22 733 ziyarətçi, Səudiyyə Ərəbistanından- 16 436 ziyarətçi, Belarusdan - 13 494 ziyarətçi; Qazaxıstandan- 12.221 ziyarətçi, Azərbaycandan - 11181 ziyarətçi, Polşadan - 6.954 ziyarətçi, Almaniyadan  4.567 ziyarətçi, Özbəkistandan- 4.455 ziyarətçi, ABŞ-dan 3.777 ziyarətçi, Hindistandan 3.085 ziyarətçi, Küveytdən 2.766 ziyarətçi gəlib.

 

Bütün xəbərlər