Bakıda şirkət piyada səkisini zəbt edib - Foto

12:31 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. Daha bir ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil edilib.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, Nizami rayonu Tofiq Abbasov küçəsində "Orbita" MTK müvafiq razlıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib.

Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb.

BNA-dan bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.

 

Bütün xəbərlər