Qazaxıstandan Azərbaycana pul köçürmələri artıb - Detallar

14:54 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana 19,5 min tranzaksiya çərçivəsində 8 milyon 582 min Qazaxıstan tengəsi (34 milyon 326 min manat) məbləğində pul köçürmələri həyata keçirilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Qazaxıstan Milli Bankının məlumatları əsasında aparılan hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% artıb.

Qazaxıstandan Azərbaycana yanvar-iyul aylarında həyata keçirilən pul transferlərinin Qazaxıstandan ümumi pul göndərişlərinin 1,6%-ni təşkil edib. Bu, illik müqayisədə 0,4 faiz bəndi azdır.

Təkcə iyul ayında Qazaxıstandan Azərbaycana 3 min tranzaksiya çərçivəsində 1 milyon 198 min tengə (4 milyon 791 min manat) həcmində pul baratları göndərilib ki, bu da iyun ayı ilə müqayisədə 13,4%, ötən ilin eyni ayı ilə müqayisədə isə 0,3% azdır.

Təkcə iyul ayında ölkədən Azərbaycana pul transferləri xaricə ümumi pul köçürmələrinin 1,3%-ni təşkil edib ki, bu da aylıq müqayisədə dəyişməsə də, illik müqayisədə 0,5 faiz bəndi azdır.

 

Bütün xəbərlər