Şəhərsalma üzrə müsabiqə keçirilir - Müsabiqənin məqsədi açıqlanıb

15:59 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı, Memarlar İttifaqı, eləcə də Memarlıq və İnşaat Universitetinin dəstəyi ilə, “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilib.

Bu barədə ABC.AZ-a Komitədən bildirilib. Məlumata görə, müsabiqənin məqsədi "2021-ci ildə Müstəqil Dövlətlər Birliyində Memarlıq və Şəhərsalma ilinə həsr olunmuş tədbirlər planı" çərçivəsində kənd yaşayış məntəqələrində həyat səviyyəsinin və xidmətlərin əlçatanlığını yaxşılaşdırmaq, şəhər və kənd yaşayış məntəqələri arasında olan fərqi azaltmaq, habelə şəhərsalma və memarlığın əhəmiyyət və imkanlarına ictimai diqqəti cəlb etməkdir.

 

Bütün xəbərlər