Bu BOKT istiqraz buraxacaq

17:29 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. “Regional” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilk dəfə istiqraz buraxmağa hazırlaşır.

ABC.AZ-ın Renkinq-ə istinadən məlumatına görə söhbət hər birinin nominal dəyəri 500 manat olacaq 840 ədəd istiqrazdan (420 min manatlıq) gedir.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Onları fiziki şəxslərin əldə edəcəyi gözlənilir.

İstiqrazlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 15% təşkil edəcək. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir.

 

Bütün xəbərlər