330x110
 

Aviaşirkətlərin zərəri davam edəcək – Beynəlxalq təşkilatdan proqnoz

09.09.2021,14:32


9 sentyabr, Fineko/abc.az. Ötən il koronavirus pandemiyası təkcə hava yolu şirkətlərinə 371 milyard dollar zərər verib.

ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) sentyabrın əvvəlində yenilənən son hesabatında qeyd olunur.

Karantinə və səyahət qadağalarına görə, 2020-ci ildə 2019-cu illə müqayisədə 60% və ya 2,7 milyard nəfər daha az sərnişin daşınıb.

Qurumun son hesablamalarına görə, cari ildəki sərnişin sayı da 2019-cu ildən ən azı 800 milyon nəfər aşağı olacaq. 2021-ci ildə aviaşirkətlərin zərəri isə 310-320 milyard dollar ətrafında dəyişəcək.

Müəllif: Elmir Murad