330x110
 

Bu il dövlət xətti ilə aqrar sığorta hesabına nə qədər vəsait yığılıb?

09.09.2021,17:27


9 sentyabr, Fineko/abc.az. Azərbaycanda bu il dövlət xətti ilə aqrar sığorta hesabına yığılan sığorta haqlarının ümumi məbləği 4 milyon manata yaxınlaşıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə  Aqrar Sığorta Fondundan bildirilib.

Fonddan bildirilib ki, indiyə qədər 10 000-dən çox mal-qara, 20 000 hektar bitkiçilik sahəsi sığortalanıb: "Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi bir qədər də genişləndiriləcək. Ərzaq üçün nəzərdə tutulan bütün növ bitkilərin sığortalanması nəzərdə tutulub. Sığorta paketinə təkcə südlük deyil, həmçinin ətlik istiqamətlərdə yetişdirilən heyvanların - qoyun və keçi təsərrüfatları da əlavə olunacaq".

Hazırda Fond 60 bölgədə fəaliyyət göstərir.