330x110
 

“Amazon” şirkəti təhsilə böyük vəsait xərcləyəcək

10.09.2021,12:07


10 sentyabr, Fineko/abc.az. “Amazon” şirkəti təhsilə böyük vəsait ayıracaq.

ABC.AZ-ın məlumatına görə, şirkət 2025-ci ilə kimi işçilərinin təhsilinə daha 1,2 milyard dollar xərcləyəcək.

Vəsait əməkdaşların orta məktəbdə, hazırlıq kurslarında, dil məktəblərində və kolleclərdə təhsil haqqının qismən, bəzi hallarda isə tam ödənilməsinə sərf olunacaq.