Danimarka karantinlə bağlı bütün məhdudiyyətləri ləğv etdi

14:09 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. Danimarka ölkə daxilində koronavirusa qarşı mübarizə ilə bağlı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edib.

ABC.AZ-ın xarici mediaya istinadən məlumatına görə, bu addımı Avropa ölkələri arasında ilk atan Danimarka olub.

Qeyd olunur ki, sentyabrın 10-dan Danimarkada qüvvədə olan son məhdudiyyət də ləğv edilib.

Qeyd edək ki, Danimarka əhalisinin 70%-dən çoxu koronavirusa qarşı tam vaksinasiya olunub.

 

Bütün xəbərlər