330x110
 

Azərbaycanda maaşların ən çox artdığı sahələr - Siyahı

10.09.2021,14:24


10 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, maaşlar əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 728,5 manat olub.

Sözügedən dövrdə iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.