Prezident yeni tankerin istismara verilməsi mərasiminə qatılıb

15:00 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.

ABC.AZ xəbər verir ki, bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.

 

Bütün xəbərlər