Diaqnostika mərkəzləri mərkəzi xəstəxanalara birləşdiriləcək

15:47 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ildə səhiyyə sistemində aparılan islahatlar çərçivəsində növbəti addım müalicə-diaqnostika mərkəzlərinin rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi ilə bağlıdır.

ABC.AZ xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumatda vurğulanıb ki, tibb müəssisələrinin strukturu ilə bağlı həyata keçirilən bu yeniliyin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir.

Qeyd olunub ki, eyni zamanda bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq.

 

Bütün xəbərlər