Bərdədə pendir müəssisəsində pozuntular aşkarlandı

16:41 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bərdə rayonunda pendir istehsalı müəssisəsində keçirilən yoxlama zamanı sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyini aşkar edilib.

ABC.AZ xəbər verir ki, aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.

 

Bütün xəbərlər