Bu şirkət bir ayda 300 milyon dollara yaxın almaz satıb

17:13 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. "Alrosa" mədən şirkəti 2021 -ci ilin avqust ayında 297 milyon dollar dəyərində almaz, 10 milyon dollar dəyərində isə cilalanmış brilyant satıb.

ABC.AZ xəbər verir ki, ötən ilin avqust ayının göstəricisi ilə müqayisədə şirkətin almaz satışı 47% artıb, brilyant satışı isə 31,5% azalıb.

Bu ilin avqust ayında "Alrosa"nın məhsul satışından əldə etdiyi cəmi gəlir 306 milyon dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 8,4% aşağıdır.

Ümumilikdə, 2021-ci ilin əvvəlindən bu yana ötən ilin eyni dövründəki 1 milyard 244 milyon dollara qarşı 2 milyard 976 milyon dollarlıq almaz məhsulları satılıb.

 

Bütün xəbərlər