330x110
 

Bu ölkədə iki yeni turizm şəhəri salınacaq

13.09.2021,10:27


13 sentyabr, Fineko/abc.az. Yaxın aylar ərzində Misirdə iki yeni turizm şəhəri salınacaq.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə ölkənin turizm naziri Xalid əl-Anani bildirib.

O qeyd edib ki, Misir hökuməti ən yaxın bir neçə ay ərzində tamamilə iki yeni turizm şəhəri salmağı planlaşdırır.

"Şəhərlərdən biri paytaxt Qahirədən təxminən 100 kilometr məsafədə olacaq. O, Al-Qalələ adlanacaq. Bir neçə ay sonra İskəndəriyyə yaxınlığında, Aralıq dənizi sahilində Al-Alamin adlı yeni şəhəri salacağıq", - əl-Anani deyib.