“Atəşgah” mart ayında irihəcmli sığorta ödənişləri edib

16:09 - 6.04.2018


Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin mart ayında könüllü avtomobil sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə növbəti iri ödənişlər həyata keçirmişdir.

Belə ki, mart ayı ərzində “Atəşgah” SŞ tərəfindən həyata keçirilmiş ən yüksək məbləğli sığorta ödənişlərindən biri 18,385 AZN təşkil etmişdir. Hacıqabul rayonunda könüllü kasko sığorta növü üzrə sığortalanmış "Volkswagen Amarok" markalı avtomobil aşma nəticəsində zədələnmişdir. Həmin hadisə nəticəsində müştəriyə dəyən zərər “Atəşgah” SŞ tərəfindən qarşılanmışdır.

        “Atəşgah” SŞ tərəfindən həyata keçirilən növbəti iri ödəniş daşınmaz əmlakın icbari sığortası üzrə olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlak, baş vermiş yanğın nəticəsində zədələnmişdir. “Atəşgah” SŞ həmin hadisə üzrə müştəriyə 15,638 AZN sığorta ödənişi etmişdir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür

Bütün xəbərlər