Azərbaycan şirkətləri Tacikistanda birgə müəssisələr yarada bilər - Müzakirə aparılıb

15:14 - 13.09.2021


13 sentyabr, Fineko/abc.az. Azərbaycan şirkətlərinin Tacikistanda birgə müəssisələrin yaradılması ilə bağlı müzakirələr aparılıb.

ABC.AZ məlumat verir ki, bu müzakirələr Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşündə baş verib.

Tərəflər birgə layihələrin inkişafı üçün qarşılıqlı əməkdaşlıq, iki ölkənin mütəxəssislərinin görüşlərinin təşkili, Azərbaycan şirkətlərinin Tacikistan ərazisində birgə müəssisələrin yaradılmasında iştiraka cəlb edilməsi barədə fikir mübadiləsi aparıblar.

 

Bütün xəbərlər