Yoluxanların sayı azaldı - Statistika

15:49 - 13.09.2021


13 sentyabr, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda 1157 yoluxma halı aşkarlanıb, 3065 nəfər müalicə olunub, 31 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları 461249 təşkil edib, onlardan 412469 nəfəri müalicə olunub, 6 134 nəfəri dünyasını dəyişib.

Aktiv xəstələrin sayı 42646 təşkil edib.

Gün ərzində 8123 test, ötən müddət ərzində – 4 66119 test keçirilib.

 

Bütün xəbərlər