330x110
 

1400-dən çox iş yeri yaradılacaq - 48 milyon manatdan çox kredit verilib

13.09.2021,16:22


13 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Sahibkarların İnkişafı Fondunun məlumatına görə, verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1428 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edilən dövr ərzində kreditlərin layihə sayı üzrə 99.8%-i, kreditin məbləği üzrə 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

İqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin layihə sayı üzrə 94,6%-i kənd təsərrüfatı məhsulları istehsalının payına düşür.

Kreditin məbləğinə görə verilmiş kreditlərin 82%-ni kənd təsərrüfatı məhsulları istehsalı və sənaye məhsullarının istehsalı və emalı təşkil edir.