330x110
 

"Azərbaycan İnvestisiya Şirkəti" sahibkarlar üçün daha əlçatan oldu

13.09.2021,16:35


13 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) sahibkarlar üçün layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı nazirlik yayıb.

Belə ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib.

Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsi ilə sürətli şəkildə yükləyə bilər.

Qeyd olunan məlumatlar dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır.