Azərbaycanda bu qədər əhali vaksin olunmalıdır - Açıqlama

11:51 - 14.09.2021


 14 sentyabr, Fineko/abc.az.  Hələlik, Azərbaycanda əhalinin 30 faizdən bir qədər çoxu vaksinin hər iki dozasını alıb. Əhalinin bir hissəsi xəstələnib sağalıb, bir hissəsi isə birinci doza olunub, ancaq hələ istənilən say əldə olunmayıb. Hər iki dozanı vurduran əhalinin 70 faizə çatması üçün daha fəal çalışmalıyıq.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev deyib ki, bu, qlobal bir problemdir: “Ümumiyyətlə tibb tarixi göstərir ki, pandemiyalar bəzən 3-5 il davam edə bilir. Bu baxımdan görünür koronavirus pandemiyasının aradan qalxması üçün zaman lazım olacaq, yəqin ki, yaxın bir il içərisində də biz pandemiya və karantin şərtlərini zaman-zaman tətbiq etməli olacağıq. İstənilən halda vaksinasiyanı etmək lazımdır ki, ölüm halları və ağırlaşmalar olmasın. Eyni zamanda qorunma tədbirlərinə də əməl etməliyik”.

Bütün xəbərlər