330x110
 

Azərbaycanda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2 dəfədən çox azalıb

14.09.2021,12:06


14 sentyabr, Fineko/abc.az.   2021-ci ilin 1-ci yarımilində qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2,2 dəfə azalaraq 252.1 milyon dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ilin 6 ayı üzrə Azərbaycanın Tədiyyə balansında bildirilir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixrac 63.6 milyon dollar, idxal isə 188.5 milyon dollar olmaqla 124.9 milyon dollar həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3.3 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.1 dəfə azalıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 188.5 milyon dollar olub.