Xarici dövlətlərlə iqtisadi əlaqələrdə xidmətlərin ümumi həcmi nə qədər olub?

12:17 - 14.09.2021


14 sentyabr, Fineko/abc.az.   2021-ci ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.4 milyard dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bunun 2.9 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.5 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 2.1% azalaraq 1.3 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 976.9 milyon dollar (20.1% azalma) olub.

Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 323.6 milyon dollar (3.1 dəfə artım) olub.

Bütün xəbərlər