Şəmkirə yeni icra başçısı təyin edildi - Prezidentdən Sərəncam

14:03 - 14.09.2021


 14 sentyabr, Fineko/abc.az.    Prezident İlham Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ  xəbər verir ki, Sərəncama əsasən, Rəşad Ənvər oğlu Tağıyev sözügedən vəzifəyə təyin edilib. Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi tərəfindən bu ilin aprelində həbs edilib.

Qeyd edək ki, R. Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri idi.

Bütün xəbərlər