Prezident Cəlilabada yeni icra başçısı təyin edib - Sərəncam

14:13 - 14.09.2021


 14 sentyabr, Fineko/abc.az.    Prezidenti İlham Əliyev Cəlilabad rayonuna da yeni icra başçısı təyin edib. ABC.AZ xəbər verir ki, dövlət başçısının Sərəncamına əsasən, Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 


Qeyd edək ki, Prezident bu gün digər sərəncamla Rafiq Cəlilovu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininin vəzifəsindən azad edib. Xatırladaq ki, Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov 2020-ci ilin dekabrında həbs edilib. 

Bütün xəbərlər