Bu "startap"lara yeni şəhadətnamə verildi - Siyahı

16:01 - 14.09.2021


14 sentyabr, Fineko/abc.az.  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

KOBİA-dan ABC.AZ-a daxil olmuş məlumata görə, bunlar "VATT" MMC-nin telefonlar üçün şarj cihazlarının mobil tətbiq vasitəsilə icarəsinə dair “Powerbank rental” layihəsi, "ALT SERVİCE" MMC-nin fasiləsiz elektrik enerjisi üçün “Ağıllı şəbəkə cihazı”, fərdi sahibkar Təbriz Zeynalovun məişət xidmətlərinin alqı-satqısı üzrə “www.cagir.az” onlayn platforması və "TECHFİN" MMC-nin bulud tipli onlayn mühasibatlıq proqramı olan “www.hesabat.az” layihəsidir. 


“Startap” şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektləri sənədi aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar. Bununla bağlı olaraq, sahibkarlara artıq gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün “Startap” şəhadətnaməsinin alınması tövsiyə olunur.

Bütün xəbərlər