Cəlilabadın yeni icra başçısı kimdir?-Bioqrafiya

16:21 - 14.09.2021


14 sentyabr, Fineko/abc.az.  Bildiyiniz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə Rafiq Cəlilov Cəlilabad Rayonu İcra Hakimiyyəti başçısı təyin edilib.

ABC.AZ xəbər verir ki, Cəlilov Rafiq Əsgər oğlu 1963-cü il 13 yanvar tarixində anadan olub.  1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. Prezidentin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib. Prezidentin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib. Prezidentin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdi. Ailəlidir, 3 övladı var.

Bütün xəbərlər