Neft bahalaşır, Brent bir barelə $74,14 təşkil edir

10:12 - 15.09.2021


15 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətində artmaqdadır.

Saat 10:00 London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,54 (0,73%) artaraq bir barelə $74,14 təşkil edib. Sentyabrın 14-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $0,09 (0,12%) artaraq bir barelə $73,60 təşkil edib.

Saat 10:00 Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,51 (0,72%) artaraq bir barelə $70,97 təşkil edib. Sentyabrın 14-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $0,01 (0,01%) yüksələrək bir barelə $70,46 təşkil edib.

Beynəlxalq Enerji Agentliyi (IEA) bildirir ki, dünyada neftin dünya üzrə təklifi avqust ayında sutkada əvvəlki aya nisbətən 540 min barrel azalıb və 96,1 mln b/s təşkil edib. İEA-nın aylıq hesabatında deyildiyi kimi, onun sentyabr ayında eyni səviyyədə qalacağı gözlənilir.

 

Bütün xəbərlər