Qonşu ölkədə orta aylıq maaşlar artıb - 15 faizdən çox

15:02 - 15.09.2021


15 sentyabr, Fineko/abc.az. Bu ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı illik müqayisədə 15,5 % artaraq 1 328 lari (427,7 ABŞ dolları) olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, aprel-iyunda ən yüksək maaşı – 2 355 lari (758 dollar) olmaqla maliyyə və sığorta sahəsində çalışanlar alıb. İnformasiya və kommunikasiya (2 173 lari/699 dollar), tikinti (2 006 lari/646 dollar) və peşə, elmi və texniki fəaliyyət (1 920 lari/618 dollar) sahələrində də yüksək əmək haqları ödənilib.

 

Bütün xəbərlər