Nazir sabiq müşavirinə vəzifə verdi - Təyinat

10:50 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov sabiq müaşvirinə yeni vəzifə verib.

ABC.AZ xəbər verir ki, nazirin müvafiq əmri ilə Abdulla Tağıyevə nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktor vəzifəsi həvalə edilib.

Bu ilin iyul ayında sözügedən MMC-nin direktoru vəzifəsindən azad edilən Fərid Cəfərov isə Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müaşviri təyin olunub.

Qeyd edək ki, Abdulla Tağıyev İqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.

 

Bütün xəbərlər