330x110
 

Dövlətə məxsus bu şirkət böyük zərər edib - Hesabat

16.09.2021,12:15


16 sentyabr, Fineko/abc.az. Dövlətə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC 2020-ci ili 23 milyon 620 min manat xalis zərər ilə başa vurub.

ABC.AZ xəbər verir ki, halbuki, şirkət 2019-cu ili 2 milyon 177 min manat xalis zərər ilə bağlamışdı.

Beləliklə, ötən ilin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu"nun xalis zərəri təxminən 11 dəfə artıb.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilə nisbətən 2020-ci ildə cəmi gəlirlər 2 milyon 585 min manat və ya 21% azalaraq 9 milyon 735 min manata geriləyib.

Şirkət 2019-cu ildə 12 milyon 320 min manat cəm gəlir əldə etmişdi.

Müəllif: Elmir Murad