Azərbaycanda 3 milyon dollara yaxın nizamnamə kapitallı şirkət yaradıldı

12:30 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti "Azеrbaycan Vanhong Ceramics Co" MMC-ni qeydiyyata alıb.

ABC.AZ xidmətə istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2,8 milyon dollar bərabərdir.

Şirkət 2021-ci il iyulun 12-də dövlət qeydiyyatından keçib.

Şirkətin hüquqi ünvanı - Sumqayıt Kimya Sənaye Parkıdır (SKSP).

Şirkətin rəsmi nümayəndəsi Çin vətəndaşı Vanq Zhiyidir

 

Bütün xəbərlər