Aviabiletlər daha da bahalaşacaq - Proqnoz

14:11 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. Gələn ildən Avropada qısa məsafəli reyslərin əksəriyyətinə aviabiletlər bahalaşacaq.

ABC.AZ-ın məlumatına görə, belə proqnozla Avropanın hava yolları şirkəti "Ryanair"-dən bildirilib.

Proqnoza görə, bahalaşma bu ilin payız və Milad tətillərində başlayacaq. Bahalaşma hətta gələn ilin yay turizm mövsümündə 2019-cu ildəki qiymətləri də keçəcək.

"Əsas səbəb pandemiyaya görə məhdudiyyətlər səbəbindən hələ də sərnişin sayında ən azı 20-25% azalmadır" deyə proqnozda qeyd olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər