330x110
 

TAP vasitəsi ilə Azərbaycandan bu qədər qaz nəql edilib

16.09.2021,14:35


16 sentyabr, Fineko/abc.az. Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə ilk 5 milyard kubmetr qaz nəql edilib.

ABC.AZ xəbər verir ki, bu barədə TAP Konsorsiumu məlumat yayıb.

"TAP AG Azərbaycandan ümumilikdə 5  milyard kubmetr təbii qazın TAP-ın TANAP-a birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoi bağlantı məntəqəsi vasitəsilə Avropaya çatdığını təsdiqləyir", - məlumatda bildirilir.

TAP-ın icraçı direktoru Luka Şipatinin sözlərinə görə, bir çox bazarlarda enerji təhlükəsizliyini və diversifikasiyanı təmin etməklə yanaşı, TAP vasitəsilə çatdırılan qaz həcmləri enerji keçidini dəstəkləyir.

Bundan əlavə, L.Şipatinin sözlərinə görə, uzunmüddətli perspektivdə TAP, emissiyaların azaldılmasına yönələn Avropa İttifaqının enerji keçidi məqsədlərinə uyğun olaraq, hidrogen kimi, karbon neytral enerji mənbələrini nəql etmək imkanlarını axtarmağa davam edəcək.