Nazirlik tender elan etdi - Bu şirkətlər qalib oldu

17:21 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyi ümumi dəyəri 21 milyon 383 min 256 manat olan 2 tenderə yekun vurub.

ABC.AZ xəbər verir ki, Nazirliyin Tibb Mərkəzinin Modul tipli hospitalı üçün dərman vasitələrinin, sarğı ləvazimatlarının və materialların alınması/ İşlərin/ Xidmətlərin satın alınması adı tenderinin qalibləri "Zeytun Pharmaceuticals" MMC və "Avromed Company" QSC, hospitalın fəaliyyətinin təşkili tenderinin qalibi isə "SAF CATERING" MMC olub.

Qalib şirkətlərə müvafiq olaraq 9 milyon 771 min 419 manat, 7 milyon 905 min 085 manat və 3 milyon 706 min 752 manat ödəniləcək.

 

Bütün xəbərlər