"Qazprom" Avropaya 183 milyard kubmetr qaz ixrac edəcək – Bu il ərzində

10:32 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Rusiyanın "Qazprom" şirkəti bu il Avropaya 183 milyard kubmetr qaz ixrac etmək niyyətindədir.

ABC.AZ-ın məlumatına görə, bu barədə "Qazprom"un İdarə Heyətinin sədrinin müavini Famil Sadıqov açıqlama verib.

Qeyd olunub ki, bu il Avropaya ixrac etmək üçün nəzərdə tutulan qaz həcmləri ötən illə müqayisədə 6 milyard kubmetr çoxdur.

 

Bütün xəbərlər