Səkkiz ayda Çinlə Azərbaycanın ticarət dövriyyəsi nə qədər olub?

11:10 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 1,136 mrld. ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 13,1% azdır.

Hesabat dövründə ixracın həcmi 130,170 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,2 dəfə azdır.

İdxal isə 1,006 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 13,2% çoxdur.

Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 876,004 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 86,7% çoxdur.

 

Bütün xəbərlər