330x110
 

Rusiya bu məmulatı Azərbaycana gətirməyə icazə vermədi

17.09.2021,12:08


17 sentyabr, Fineko/abc.az. Rusiyanın Tomsk vilayətindən Azərbaycana gətirilən taxta məmulatlarına edilən yoxlamalar zamanı 385 kubmetr məhsullarda 7 yoluxma faktı (meşə zərərvericiləri) aşkar edilib.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, məhsul sahibləri taxta məmulatlarında zərərvericilərin olduğu barədə məlumat vermədikləri üçün inzibati məsuliyyətə cəlb edilib.

Onlara aşkar olunan qüsurun aradan qaldırılması ilə bağlı tədbirlər görmələri təyin olunub.

Məlumatda həmçinin sentyabrın 6-dan 12-dək Çin, Özbəkistan və Azərbaycana 3 892,69 kubmetr ağac məhsullarının (yemək üçün çubuqlar, dondurma çubuqları, taxta plitələr, kabel barabanları, qablaşdırma materialı və s.) göndərildiyi də qeyd olunur.