"Fitch Ratings" Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozunu açıqladı

12:35 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatının builki artım tempi üzrə proqnozunu artırıb.

ABC.AZ-ın məlumatına görə, agentlik Türkiyə iqtisadiyyatının artım tempini 7,9%-dən 9,3%-dək yüksəldib.

Agentliyin yaydığı məlumata görə, sözügedən artımın son 10 ildə qeydə alınmış ən kəskin böyümə olacağı gözlənilsə də, COVID-19 pandemiyasının yaratdığı böhrandan bərpa hələ davam edir.

“Fitch"ə görə, 2022-ci ildə ölkə ÜDM-nin artım tempi 3,5%-dək yavaşlayacaq, 2023-cü ildə isə 4,5%-dək sürətlənəcək.

 

Bütün xəbərlər