"Renault" böyük ixtisara hazırlaşır - 2000 nəfər işdən çıxarılacaq

15:15 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Fransanın avtomobil istehsalçısı "Renault"  bəzi müəssisələrindən 2 min nəfəri işdən çıxarmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, şirkət bununla yanaşı data elmi və batareya kimyası sahələrində isə 2 min 500 nəfəri  işə götürməyi planlaşdırır.

Qeyd edək ki, Fransa dövləti Renault-un ən böyük səhmdarıdır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər