Subsidiya istəyənlərdən 4770-nə müsbət qərar verilib - Fonddan açıqlama

16:15 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Subsidiyanın alınması ilə bağlı Sahibkarlığın İnkişafı Fonduna 5836 müraciət daxil olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat nazirliyi yanından Sahibkarların İnkişaf Fondu məlumat yayıb.

Qeyd olunub ki, bunlardan 4770-nə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

Belə ki, fond tərəfindən təsdiqlənmiş subsidiyanın məbləği 60,5 milyon manatdır.

 

Bütün xəbərlər