Onlara Prezident təqaüdü veriləcək - Sərəncam

16:31 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

Abbaszadə Nəzmiyyə Müzəffər qızı

Sinamdzqvarişvili Siala Vaxtanqovna

Yaqubova Tahirə Əhəd qızı.

 

Bütün xəbərlər