Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəyə bu qədər vəsait daxil olub

11:39 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 833,16 milyon manat vergi daxil olub, proqnoza 123,7 faiz əməl edilib.

ABC.AZ-ın məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 faiz və ya 690,1 milyon manat artıb.

Cari ilin 8 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 264,0 milyon manat olub, proqnoza 117,7 faiz əməl edilib.

Dövlət büdcəsinə proqnozdan əlavə 639,9 milyon manat daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11 faiz və ya 421,8 milyon manat artıb.

 

Bütün xəbərlər