Azərbaycandakı qiymətli kağızlarla bağlı yenilik

12:26 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. Bundan sonra Azərbaycanda qiymətli kağızların yerləşdirilməsi (emissiya) üzrə anderraytinq xidməti birdən artıq investisiya şirkəti birgə təklif edə biləcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, Mərkəzi Bankın bu il avqustun 31-də təsdiqlədiyi və sentyabrın 16-dan qüvvəyə minmiş “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin "(əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na edilmiş dəyişikliklərdə öz əksini tapıb.

Qurumda hesab edirlər ki, bu dəyişiklik investisiya şirkətlərinin anderraytinq üzrə imkanlarının birləşdirilməsinə və ümumi emissiyaların məbləğinin artırılmasına imkan verəcək.

 

Bütün xəbərlər